Paşinyan Misirə getdi
    • 5-03-2024, 14:42
    • 163

Paşinyan Misirə getdi

Ermənistanın baş naziri Nikol Paşinyan Misirə iki günlük rəsmi səfərə gəlib.

News24.az xəbər verir ki, bu barədə NEWS.am məlumat yayıb.

Məlumata görə, Qahirə Beynəlxalq Hava Limanında Ermənistan Nazirlər Kabinetinin rəhbərini Misirin Baş naziri Mustafa Madbul qarşılayıb. Rəsmi qarşılanma mərasimi çərçivəsində hər iki ölkənin himnləri səsləndirilib, daha sonra baş nazirlər nümayəndə heyətlərinin üzvlərini salamlayıblar.

Bildirilir ki, Paşinyan Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə təkbətək danışacaq, daha sonra görüş geniş tərkibdə davam edəcək.

O, həmçinin həmkarı Mustafa Madbul, Ərəb Liqasının baş katibi Əhməd Əbdül Qeyt, Kopt Pravoslav Kilsəsinin Primatı, İsgəndəriyyə Papası və Müqəddəs Mark Tavadros II Patriarxı, Əl-Əzhərin ali imamı Şeyx Əhməd Məhəmmədlə görüşəcək. 

Mehriban Mirzəzadə