Dəhşətli partlayış: Polislər yaralandı
    • 5-03-2024, 17:00
    • 202

Dəhşətli partlayış: Polislər yaralandı

İndoneziyanın mərkəzi Surabaya şəhərində partlayış hadisəsi baş verib. 

News24.az xəbər verir ki, bu barədə Antara agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 10 polis əməkdaşı xəsarət alıb.

Həkimlər tərəfindən polisə təcili tibbi yardım göstərilib, onların vəziyyəti stabil qiymətləndirilir. İnsident nəticəsində mülki əhali arasında itkilər barədə məlumat verilmir. Yerli hakimiyyət orqanları hadisənin səbəblərini aydınlaşdırmaq üçün araşdırmalara başlayıb.

Mehriban Mirzəzadə