Türkiyə müharibəyə HAZIRDIR: Ordu bu tarixdə...
    • 5-03-2024, 22:10
    • 386

Türkiyə müharibəyə HAZIRDIR: Ordu bu tarixdə...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamalar verib. “Sərhədimiz daxilində və xaricində maneələrə baxmayaraq, terrorla mübarizəni qətiyyətlə davam etdiririk. İraq sərhədlərimizlə bağlı məsələni bu yay həll etmiş olacağıq" - o deyib.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, Ərdoğanın açıqlaması Yunanıstanda geniş rezonans doğurub.

Yunanıstanın "Proto Thema" nəşri Türkiyənin yay aylarında əməliyyatlara başlayacağını yazıb:

"Ərdoğan Şimali İraqda hərbi əməliyyat keçirəcəyini açıqladı. Bu, hərbi əməliyyatların şiddətlənməsinin xəbərçisidir. Ərdoğan Türkiyənin İraqda PKK terrorçularını mühasirəyə alacağını və problemin, nəhayət, bu yay həll olunacağını açıq şəkildə ifadə etdi".

In.gr nəşri isə Türkiyənin müharibəyə hazır olduğunu xüsusilə vurğulayıb.