Müşfiq Hətəmov haradadır? - ÖZƏL
    • 6-03-2024, 13:14
    • 1 001

Müşfiq Hətəmov haradadır? - ÖZƏL

Ötən il "Speys" Müstəqil Teleradio Şirkətinin direktoru vəzifəsindən ayrılan Müşfiq Hətəmov vəzifədən getdikdən sonra uzun müddət mətbuatda görünməyib. Öz istəyi ilə vəzifəsindən ayrılan Hətəmovun işdən getməsinin onun yeni vəzifəyə təyin olunması ilə əlaqədar olduğu bildirilib. "Speys"in sabiq direktoruna mədəniyyət sektorunda yüksək vəzifə veriləcəyi bildirilirdi. Bəs hazırda Müşfiq Hətəmov haralardadır?

Müşfiq Hətəmov News24.az-a açıqlamasında bildirdi ki, prodüser olaraq fəaliyyətini davam etdirir:

"Mən hazırda prodüser kimi layihələr hazırlayıram. Yerli və xarici prodüserlərlə əməkdaşlıq edəcəyəm. Hazırda danışıq prosesindəyik". 

Sabiq direktor dünən keçirilən Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) idarə heyətlərinin birgə iclasına da münasibət bildirib. O, birgə iclasda iştirak edə bilmədiyini və seçkiyə hörmətlə yanaşdığını vurğulayıb. 

Xatırladaq ki, ssenarist, kinoprodüser, əməkdar incəsənət xadimi Müşfiq Hətəmov "Azərbaycanfilm" kinostudiyasının direktoru (2011–2019), Azərbaycan Prodüserlər Gildiyasının sədri vəzifələrində çalışıb. 2021-ci ilin mayında isə Speys TV-nin direktor təyin edilmişdi.

Qumral