Aİ hava nəqliyyatında islahatlara hazırlaşır
    • 6-03-2024, 16:55
    • 152

Aİ hava nəqliyyatında islahatlara hazırlaşır

Aİ Şurası üzv dövlətlərlə Avropa Parlamenti (AP) arasında aparılan danışıqlarda Vahid Avropa Səması islahatı üzrə razılığın əldə edildiyini açıqlayıb.

News24.az xəbər verir ki, bəyanatda islahatın məqsədi Avropa hava məkanının fəaliyyətini, təşkilini və idarə olunmasını təkmilləşdirməkdir.

Bəyanatda islahatın potensialı və sistem uyğunluğunu artırmaqla yanaşı xərcləri azaltacağı, aeronaviqasiya xidmətlərinin göstərilməsini yaxşılaşdıracağı, aviasiyanın ətraf mühitə, iqlimə təsirini azaldacağı bildirilib.

Açıqlamada, Vahid Avropa Hava Məkanı islahatının tutum ehtiyaclarını ödəmək, əlverişlilik və ətraf mühitin izlərini azaltmaq kimi hədəflərini qoruduğu və bunun pilotsuz uçuş qaydalarına da töhfə verəcəyi ifadə edildi.

Bəyanatda üzv ölkələrin hava hərəkətinə nəzarətin strukturunu və maliyyə dayanıqlığını qiymətləndirmək üçün milli nəzarət orqanları yaradacaqları və ölkələrin eyni təşkilatda iqtisadi və təhlükəsizlik nəzarəti funksiyalarını ortaq təşkilati modellərlə birləşdirə biləcəyi bildirilib.

Sözügedən islahat Aİ-nin rəsmi jurnalında dərc edildikdən sonra üzv dövlətlərin və AP-nin təsdiqindən sonra qüvvəyə minəcək.

Günel Məlikzadə