Erməni deputat Ruslan Pənahovdan DANIŞDI
    • 6-03-2024, 22:17
    • 260

Erməni deputat Ruslan Pənahovdan DANIŞDI

“Azərbaycan əsgərinin geri qaytarılması xoş niyyətin ifadəsi deyil, bu, əsarətə düşmüş bir gücün qorxaq davranışının təzahürüdür”.

News24.az Musavat.com-a istinadən xəbər verir ki, bunu parlamentdə jurnalistlərlə söhbətində “Ermənistan bloku” fraksiyasının katibi Artsvik Minasyan deyib.

Minasyan İrəvanın “xoş məram” jesti olaraq sərhədi keçən Azərbaycan hərbçisini Bakıya təhvil verməsi faktına bu cür münasibət bildirib.

“Bu davranışı ilə Ermənistan hökuməti bütün millətin və dövlətin ləyaqətini alçaldır. Nikol Paşinyan nəinki dostluğa dözmür, həm də mövcud müttəfiqlik münasibətlərini düşmən əlaqələrinə çevirir, düşmənlərini daha da qəzəbləndirir, onları qızışdırır. Paşinyan iqtidarının məqsədi öz mövqelərini qorumaq, hakimiyyətin imtiyazlarından istifadə etməkdir, onların sadəcə olaraq başqa məqsədi yoxdur”, - deyə revanşist deputat əlavə edib.