-
- 7-03-2024, 14:23
- 184
“Avrozona”dan həyəcan təbili – SU QITLIĞI...
“Avrozona ölkələri ciddi su qıtlığı ilə üzləşə bilər”.
News24.az “Politico”ya istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının məxfi hesabatında bildirilir.
Sənəddə qeyd olunur ki, bu vəziyyət regional münaqişələrə yol aça, rəqabət mühitini daha da dərinləşdirə və infrastruktura ciddi ziyan verə bilər.
Hesabat müəllifləri bəzi Avropa dövlətlərində su qıtlığı ilə mübarizə aparıldığına da diqqət çəkib. Buna nümunə kimi İspaniyanın Kataloniya əyalətində quraqlıqla əlaqədar fövqəladə vəziyyət elan olunduğu göstərilib. O da vurğulanıb ki, bu rejim ümumilikdə 6 milyon nəfəri əhatə edəcək.
Hesabatda iqlim dəyişikliyi riskləri də qiymətləndirilib. Vurğulanıb ki, onların arasında quraqlıq, sel fəlakəti, meşə yanğınları, epidemiya və pandemiyalar və digər amillər yer alıb.
Avropa İttifaqının müvafiq qurumları yaranmış gərgin vəziyyətlə bağlı araşdırmalar aparıb. Nəticələrə əsasən, 2100-cü ilədək iqlim mühitində baş verəcək mənfi dəyişikliklər ittifaq dövlətlərində iqtisadi artımı sadəcə 7 faizlə məhdudlaşdıracaq.