BMT İsrailə çağırış etdi
    • 7-03-2024, 15:20
    • 137

BMT İsrailə çağırış etdi

İsrail üzərində ən çox təsir gücünə malik olan ölkələr bundan atəşkəs və yardıma nail olmaq üçün istifadə etməlidirlər.

News24.az xəbər verir ki, bu barədə BMT Baş Katibinin sözçüsü Stefan Dujarrik deyib.

"Gördüklərimiz İsrailin Qəzzada davam edən hərbi əməliyyatının nəticəsidir.Bizə humanitar atəşkəs lazımdır, bütün girovların azad edilməsi lazımdır. Atəşkəs olmasa, humanitar işimizi lazımınca yerinə yetirə bilməyəcəyik, yerlərdə insanların ehtiyaclarını ödəyə bilməyəcəyik ", deyə Dujarrik qeyd edib.

O həmçinin bildirib ki, hazırda humanitar işlər görülür, imkan daxilində ehtiyacı olanlara mümkün qədər köməklik göstərilir.

Mehriban Mirzəzadə