“Qarabağ”dan "Bayer"ə 2-ci qol
    • 7-03-2024, 22:38
    • 380

“Qarabağ”dan "Bayer"ə 2-ci qol


Bu gün UEFA Avropa Liqasında 1/8 finalın ilk oyunları keçiriləcək.

News24.az xəbər verir ki, bu mərhələyə qədər irəliləyən  Azərbaycan təmsilçisi "Qarabağ" da 1/8 finalın ilk matçına çıxıb.

Ağdam klubu Bakıda güclü "Bayer"i qəbul edir. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayıb. Matçı Fransadan olan hakimlər briqadası idarə edir.

Hazırda Bundesliqada ən yaxın izləyicisi  - ardıcıl 11 mövsümün çempionu "Bavariya"nı 10 xal qabaqlayaraq lider olan "Bayer" həm də bu mövsümün məğlubedilməz komandasıdır.  Leverkuzenlilər bütün turnirlər daxil 34 oyundur uduzmur. Xabi Alonsonun çalışdırdığı kollektiv  bunlardan 30-da qalib gəlib, 4 oyunda heç-heçə edib.

Oyuna maraq da olduqca yüksəkdir. Satışa çıxarılan bütün biletlər azarkeşlər tərəfindən alınıb. "Qarabağ"ı stadiondan 30 min, "Bayer"i isə 400-dək azarkeş dəstəkləyəcək.//qol.az