Bakı – Sumqayıt yolunda qəza olub, ağır yaralanan var
    • 10-03-2024, 08:49
    • 370

Bakı – Sumqayıt yolunda qəza olub, ağır yaralanan var


Bakı - Sumqayıt yolunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az report-a istinadən xəbər verir ki, avtomobillərin toqquşması nəticəsində yaralanan 1994-cü il təvəllüdlü Cəfərov Səmral Arif oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.