Atışma oldu: 6 nəfər öldü
    • 11-03-2024, 10:00
    • 185

Atışma oldu: 6 nəfər öldü

Kanadanın paytaxtı Ottavada atışma baş verib.

News24.az xəbər verir ki, bu barədə Kanadanın CBC televiziyası məlumat yayıb.

Məlumata görə, 4-ü uşaq olmaqla 6 nəfər ölüb, şübhəli şəxs saxlanılıb.

“Ottava Polisinin Qətl Bölməsi dünən gecə saat 23:00-a yaxın cəsədləri aşkar edilən altı nəfərin ölümünü araşdırır. Bir nəfər saxlanılıb, hazırda ictimai təhlükəsizliyə heç bir təhlükə yoxdur”, - Ottava polisinin X sosial şəbəkəsində (keçmiş Twitter) bəyanatında deyilir.

Bildirilir ki, onlar kütləvi atışmada ölüblər.

Hazırda ölənlərin şəxsiyyəti məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Mehriban Mirzəzadə