İran Rəisinin yasını tutur - FOTOlar
    • 21-05-2024, 09:03
    • 203

İran Rəisinin yasını tutur - FOTOlar

İran helikopter qəzasında həyatını itirən prezident İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinin vəfatına görə yas tutur.

News24.az xəbər verir ki, Rəisin cənazəsinin bugünkü mərasimlərdən sonra cümə axşamı doğulduğu Məşhəddə torpağa tapşırılacağı bildirilir.

Qəzanın səbəbi hələlik bəlli deyil. Lakin qəzada ilkin faktor kimi bölgədəki çətin hava şəraiti və duman pərdəsi göstərilir.

Qeyd edək ki, dağıntılar altından çıxarılan cəsədlər Təbrizə göndərilib.

Dini lider Xamneyinin Rəis əvəzinə prezident səlahiyyətlərini verdiyi Məhəmməd Muhbir Nazirlər Kabinetinin ilk iclasını keçirib.

"Bu, hamımız üçün kədərli bir hadisədir, lakin biz ölkəmizin və millətimizin maraqları naminə heç bir pozulma yaşamayacağıq" deyib.

Günel Məlikzadə