Ombudsman Aparatında MÜHÜM TƏDBİR - FOTO
    • 12-03-2024, 10:40
    • 342

Ombudsman Aparatında MÜHÜM TƏDBİR - FOTO

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) tərəfindən cari il üçün nəzərdə tutulan insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqində səmərəliliyin artırılmasına dair fəaliyyət planının icrasına başlanılıb. 

News24.az xəbər verir ki, bu barədə "Ombudsmanın Milli Preventiv Mexanizm qismində fəaliyyəti" mövzusunda təlimdə bildirilib.

Qeyd olunub ki, bu mövzuda ilk təlim Elm və Təhsil Nazirliyinin Bakıda fəaliyyət göstərən internat məktəblərinin rəhbərliyi və əməkdaşları üçün təşkil olunub.

Tədbirdə Ombudsman Aparatının əməkdaşları müvəkkilin sözü gedən mexanizmin mandatı çərçivəsində icra etdiyi fəaliyyət, şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə keçirilən monitorinqlər barədə geniş məlumat verilib.

Fərid Azəri