Yaponlardan Oppenheimer-a reaksiya
    • 13-03-2024, 14:26
    • 276

Yaponlardan Oppenheimer-a reaksiya

Fizik J. Robert Oppenheimerin həyatından bəhs edən bioqrafik film dünya üzrə 954 milyon dollar gəlir əldə edərək həftə sonu ABŞ Akademiya Mükafatlarında 7 Oskar qazandı.

News24.az xəbər verir ki, lakin II Dünya Müharibəsinin sonlarına doğru ABŞ Xirosima və Naqasakiyə hücum edərkən nüvə bombası ilə bombalanan yeganə ölkə olan Yaponiyada film nümayiş olunmadı.

Atom bombasının "insan dəyərini ört-basdır etdiyi" üçün tənqid edilən filmin məzmunu və tanıtımı ilə bağlı müzakirələr səbəbilə Yaponiyada nümayişinin gecikdiyi bildirilir.

Yaponiya vətəndaşları 78 il əvvəl yaşadıqları şəhəri yerlə-yeksan edən atom bombasının hazırlanmasından bəhs edən “Oppenheimer” filminin mükafatlandırılmasınıa elə də yaxşı münasibət bildirməyiblər.

Günel Məlikzadə