-
- 14-03-2024, 07:55
- 108
Putinlə görüşən qaqauz lider həbs oluna bilər
Moldova siyasətçiləri Rusiyaya səfərlərindən dolayı "dövlətə qarşı fəaliyyət" ittihamı ilə məsuliyyətə cəlb oluna bilər.
News24.az axar.az-a istinadən bildirir ki, bu barədə Moldova Baş naziri Dorin Reçan deyib.
Qeyd edək ki, Qaqauz Muxtariyyətinin rəhbəri Yevgeniya Qutsulun Rusiyada Prezident Vladimir Putinlə görüşməsi Moldovanın hakim dairələrində ciddi narazılığa səbəb olub.