Vilayət Eyvazov yeni əmr imzaladı
    • 14-03-2024, 15:43
    • 239

Vilayət Eyvazov yeni əmr imzaladı

Daxili işlər orqanlarında yeni kadr dəyişikliyi olub.

News24.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin müvafiq əmrləri ilə Sabunçu RPİ-nin 42-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Emil Cavadov Neftçala Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Həmçinin, Nəsimi RPİ-nin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Fərid Fətəliyev isə Oğuz Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.