-
- 14-03-2024, 17:07
- 405
İraqda təhlükəsizlik sammiti başlayır
Dekabrda Ankarada keçirilən ikinci təhlükəsizlik sammiti İraqın paytaxtı Bağdadda keçirilir.
News24.az xəbər verir ki, terrorla mübarizədə ortaq anlayışın inkişaf etdirilməsi və bu istiqamətdə atılacaq konkret addımlar müzakirə mövzusudur.
İraqda terror təşkilatı PKK-ya qalib gəlmə prosesi davam edərkən, Türkiyə “İnkişaf Yolu” layihəsi ilə Bağdadla əlaqələrini inkişaf etdirməyi planlaşdırır. Bu layihənin həyata keçirilməsi ilə birbaşa İraq Fars körfəzindən Türkiyəyə uzanan ticarət marşrutu yaradılacaq.
Bağdadda keçiriləcək təhlükəsizlik sammitində enerji məsələləri də müzakirə olunacaq. Bu çərçivədə İraqda təbii qaz ehtiyatlarının inkişafı, beynəlxalq bazarlara daşınması və İraq-Türkiyə neft xəttinin daşınmasının bərpası qiymətləndiriləcək.
Digər tərəfdən, prezident Rəcəb Tayyib Ərdoğanın apreldə İraqa səfəri gözlənilir.
Günel Məlikzadə