-
- 14-03-2024, 21:30
- 201
"Titanik"in surəti yaradılır
Avstraliyada 1912-ci ildə batan "Titanik"in eyni ölçülü surətini düzəltməyi və onu suya buraxmağı planlaşdırırlar.
News24.az xəbər verir ki, gəmi ilk səyahətinə 2027-ci ildə çıxa bilər.
Qeyd olunur ki, təşəbbüs milyarder Kliv Palmerə məxsusdur. Gəminin tikintisini onun “Blue Star Line” şirkəti həyata keçirəcək.Milyarderin sözlərinə görə, tikinti 2025-ci ilə qədər başlaya bilər.
Qeyd olunub ki, gəmi ən son naviqasiya və təhlükəsizlik sistemləri ilə təchiz olunacaq, lakin onun dizaynı 1912-ci ildə batmış orijinalı təkrarlayacaq.