"Vatikanda ölümümü gözləyənlər var"
    • 14-03-2024, 21:00
    • 193

"Vatikanda ölümümü gözləyənlər var"

İtaliyanın "Corriere della Sera" qəzeti Katolik Kilsəsinin lideri kimi 11-ci ilini geridə qoyan Papa Fransiskin həyatından bəhs edən "Həyat: Tarix boyu hekayəm" kitabından bəzi görkəmli detalları paylaşıb.

News24.az xəbər verir ki, qəzetin “Vatikanda mənim ölümümə ümid bəsləyənlər var” başlığı ilə dərc etdiyi kitab xəbərində Papanın son illərdə tez-tez xəstəxanaya getməsinə işarə edərək bu sözləri yer alıb:

"Bəziləri siyasətlə çox maraqlanırdılar. Demək olar ki, yeni Konklav (Papaq Seçkisi) haqqında düşünürdülər. Sakit olun, bu insani vəziyyətdir. Şoka düşməyə ehtiyac yoxdur. Çətin anlara baxmayaraq, istefa vermək fikrim olmayıb". 

Günel Məlikzadə