"Bu insanlar üçün sosial evlər tikilməlidir" - Deputat
    • 15-03-2024, 12:55
    • 157

"Bu insanlar üçün sosial evlər tikilməlidir" - Deputat

"Mingəçevirdə vaxtilə fəaliyyət göstərən, lakin indi fəaliyyətini dayandıran sənaye obyektləri indi yataqxanalara çevrilib. Orada yaşayan insanların yeni ev almaq imkanı demək olar ki yoxdur. Hətta otaq boşalan kimi yeni ailə həmin otağa yerləşir. Bu binaların sayı 12-dir". 

News24.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə təklif edib. 

O bildirib ki, bu yataqxanalarda yaşayan insanlar üçün sosial evlər tikilməlidir: «Bu, Mingəçevirin sənaye şəhəri kimi nüfuzunu saxlaması üçün böyük addım ola bilər».

Qumral