Müğənnidən “asan boşanma”lara REAKSİYA: “Qadınlara birinci onu arzulayıram ki...”
    • 15-03-2024, 22:20
    • 233

Müğənnidən “asan boşanma”lara REAKSİYA: “Qadınlara birinci onu arzulayıram ki...”

“Qadın var, həyat yoldaşının bir mesajını tutur, buna görə dərhal ailəsini dağıdır”.

News24.az Yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı “Xəbərin var” verilişində deyib.

Sənətçi belə məqamlarda uşaqları düşünməyən ananı qınayıb:

“Valideynlər boaşananda uşaqlar ağır travma yaşayır. Qadın var, həyat yoldaşının bir mesajını tutur, dərhal ailəsini dağıdır, heç uşaqlarını düşünmür.

Sən bir qadın olaraq həyat yoldaşı simasından çıxa bilərsən, amma o sənin uşaqlarının atasıdır axı. Sən onların beynini doldur ki, ata pisdir, olmaz belə.

Həmçinin də atalar… Təəssüf ki, ayrılan zaman ya ata ananı gözdən salır, ya da ana atanı… Ya da nənə, baba başlayır ki, anan pisdir, səni atandan ayırdı.

Yalnız bizdə deyil, bütün ölkələrdə belədir. Qadınlara birinci onu arzulayıram ki, özgüvənləri çox olsun, birinci özlərini sevsinlər, sonra həyat yoldaşlarını sevsinlər”.