-
- 16-03-2024, 16:10
- 238
ABŞ-dan Qəzzaya 11-ci hava yardımı
İsrailin hücumlarını davam etdirdiyi və humanitar yardımların ölkəyə girişinin qarşısını aldığı Qəzza zolağına edilən hava yardımına hər gün bir yenisi əlavə edilir.
News24.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) verdiyi açıqlamada, “Davam edən qarşıdurmalardan zərər çəkmiş mülki şəxslərə ilkin yardım göstərmək üçün bu gün yerli vaxtla saat 12.12-də Qəzza zolağının şimalında 11-ci havadan humanitar yardımın endirilməsi əməliyyatı həyata keçirilib. Birgə əməliyyatda ABŞ əsgərləri və 2 C-130 ,1 C-17 Globlemaster III tipli təyyarə iştirak edib. ABŞ təyyarələri 35,700-dən çox hazır qida və 31,800 şüşə içməli su ataraq, böyük ehtiyacı olan Qəzzaya mülki əhalinin kritik yardıma çıxışını təmin etdi".
Günel Məlikzadə