G7 İranı hədələdi - Rusiyaya ballistik raketlər verərsə...
    • 16-03-2024, 12:35
    • 131

G7 İranı hədələdi - Rusiyaya ballistik raketlər verərsə...

G7 ölkələri İranı Rusiyaya ballistik raketlər verməməyə çağırıb.

News24.az xəbər verir ki, bu barədə G7 ölkələri bəyanat yayıb.

“Biz bir daha üçüncü tərəfləri Rusiyanın Ukraynaya qarşı qanunsuz və əsassız işğalçılıq müharibəsinə maddi dəstəyi dərhal dayandırmağa çağırırıq, əks halda ciddi xərclər gözləyir. İranın Rusiya rejimini Ukrayna vətəndaşlarına qarşı davam edən hücumlarda istifadə edilən pilotsuz uçuş aparatları ilə təmin etdikdən sonra Rusiyaya ballistik raketlər və müvafiq texnologiya ötürməyi düşünməsi ilə bağlı xəbərlərdən son dərəcə narahatıq. Biz İranı bunu etməməyə çağırırıq, çünki bu, regionda sabitliyi daha da pozacaq və Rusiyanın Ukraynadakı müharibəsinə dəstəyin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq, təcavüz beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır. Əgər İran Rusiyanı ballistik raketlər və ya əlaqəli texnologiyalarla təchiz etməyə davam edərsə, biz İrana qarşı yeni və əhəmiyyətli tədbirlər də daxil olmaqla, tez və koordinasiyalı şəkildə cavab verməyə hazırıq”, - G7 ölkələrinin bəyanatında deyilir.

Mehriban Mirzəzadə