Qumbara və silahlar aşkarlandı
    • 17-03-2024, 11:00
    • 172

Qumbara və silahlar aşkarlandı


Qobustanda qumbara və odlu silahlar aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən xəbərə görə, Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə 3 ədəd qumbara, 1 ədəd tapança, 40 ədəd avtomat patronu, eləcə də 7 ədəd müxtəlif markalı ov tüfəngi aşkar olunub.

Şöbə əməkdaşları tərəfindən keçirilmiş profilaktik tədbirlər nəticəsində isə rayon sakini müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil verib.