"Zəlzələni 16 saniyə əvvəl bilirik" - ŞOK AÇIQLAMA
    • 17-03-2024, 16:37
    • 2 874

"Zəlzələni 16 saniyə əvvəl bilirik" - ŞOK AÇIQLAMA


Türkiyəli alimlər zəlzələni öncədən xəbərdar edən layihə hazırlayıblar.

News24.az Metbuat.az-a istinadən xəbər verir ki, Dokuz Eylül Üniversitenin professoru Həsən Sözbilir İzmir üçün 3 il əvvəl başladıqları zəlzələ erkən xəbərdarlıq sistemi layihəsinin sonuna gəldiklərini deyib.

"Proqram, dizayn, həm də mexanizm olmaqla tamamilə yerli zəlzələ xəbərdarlığı sistemi inkişaf etdirdik. Hazırladığımız sistemi gələn aydan başlayaraq 6 aylıq sınaq müddətində işləyəcək. Sistem İzmirin fərqli nöqtələrindəki 12 stansiyaya yerləşdirəcək və baş verəcək zəlzələlərlə bağlı bizə öncədən məlumat verəcək", - deyə professor bildirib.

Həsən Sözbilirin sözlərinə görə, sistemin ərsəyə gəlməsi 3 il çəkib, onun sayəsində zəlzələdən 16 saniyə əvvəldən xəbərdar olmaq olar.