Sarkisyanın qardaşının ailəsinə məxsus qanunsuz əmlaklar müsadirə olunub
    • Bu gün, 10:33
    • 67

Sarkisyanın qardaşının ailəsinə məxsus qanunsuz əmlaklar müsadirə olunub


Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr ailə üzvləri ilə birlikdə Baş Prokurorluğa dəvət edilib. 

News24.az Modern.az-a istinadla xəbər verir ki, bunu "Hetq" nəşri yazıb.

Dəvət edilənlər arasında Aleksandr Sarkisyanın oğulları Narek və Hayk da var. Onlara bildirilib ki, prokurorluq tərəfindən araşdırma aparılıb və sənəd tərtib edilib, onun əsasında ailə üzvlərinin adına rəsmiləşdirilən əmlak müsadirə edilib.

Qeyd olunub ki, bu mərhələdə prokurorluq konkret olaraq nəyin özgəninkiləşdirilməyə məruz qaldığını göstərmir, buna səbəb maraqlı tərəflərin əmlakın mənşəyinin qanuniliyini təsdiq edən arqumentlər təqdim edə bilməsidir.