Məşhur rejissor sağalmaz xəstəliyə tutulub
    • Bu gün, 10:42
    • 77

Məşhur rejissor sağalmaz xəstəliyə tutulub


“Əkizlər zirvəsi” serialının yaradıcısı olan məşhur amerikalı rejissor Devid Linç sağalmaz xəstə olduğunu açıqlayıb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, ona ağciyərlərin emfizeması diaqnozu qoyulub. 78 yaşlı rejissor bildirib ki, indi həmişəlik evdə qalmalı olacaq.

“İndi istəsəm də, istəməsəm də həmişə evdə olacağam. İndiki vəziyyətimdə hətta adi soyuqdəymə də təhlükəlidir”, - Linç bildirib.

O izah edib ki, xəstəlik nəticəsində oksigen çox tez tükəndiyi üçün ancaq qısa məsafəni yeriyə bilir. Onun sözlərinə görə, emfizemanın səbəbi həyatı boyu çəkdiyi siqaretlər olub.