Venesuela prezidenti Maduronun "X"-i bağlamaq qərarı
    • Bu gün, 10:23
    • 70

Venesuela prezidenti Maduronun "X"-i bağlamaq qərarı

Paytaxt Karakasdakı Miraflores Dövlət Nazirlik Sarayında tərəfdarlarına müraciət edən Maduro "X"-in Venesuelada nifrət və zorakılıq yaydığını müdafiə edib.

News24.az xəbər verir ki, Maduro Milli Telekommunikasiya Komissiyası (CONATEL) ilə danışdığını və "X"-in 10 gün müddətinə dövriyyədən çıxarılması üçün lazımi göstərişlər verdiyini bildirib.

Amerikalı milyarder Maska reaksiya verən Maduro, "İlon Maska məxsus "X" bütün qanunları pozdu. Bu ölkədə faşizmi, vətəndaş müharibəsini, ölüm və nifrət yaymağı dayandırın", - deyib.

Tərəfdarlarından verdiyi qərarla bağlı onun yanında olmalarını istəyən Maduro, "WhatsApp, Instagram və TikTokdan başqa yeni sosial media platformalarının bir gün Venesuelada yaranacağına tam inanıram", - qiymətləndirməsini edib.

Xatırladaq ki, Venesuela prezidenti Maduro iyulun 28-də ölkəsində keçirilən prezident seçkilərində üçüncü dəfə qalib gəlib.

Amerikalı milyarder İlon Mask “seçkilərin saxtalaşdırıldığını” iddia edib.

Maskın ittihamlarına reaksiya verən Maduro, "Döyüş istəyirsən, Elon Mask? Mən hazıram, Bolivarın oğluyam, Çavesin oğluyam, səndən qorxmuram" deyib. 

Maduro Venesuelanın əzəli düşməni elan etdiyi Maskı ölkədə zorakılıq törətməkdə ittiham edib.

Mask Maduroya verdiyi cavabda dueldə qalib gəlsə, Madurodan diktaturadan istefa verməsini istəyəcəyini və sahibi olduğu SpaceX ilə onu pulsuz olaraq Marsa göndərəcəyini bildirib.

Digər tərəfdən Maduro seçkidə qalib gəldikdən sonra Miraflores Sarayının eyvanından etdiyi çıxışda Milli Seçki Şurasına haker hücumunun arxasında duran şəxsin Mask olduğuna əmin olduğunu iddia edib.

Məryəm İlhamqızı