Almaniya Ukraynaya yardımın dayandırılmasının tərəfdarıdır
    • Bu gün, 11:13
    • 68

Almaniya Ukraynaya yardımın dayandırılmasının tərəfdarıdır

Almaniya Kiyevə hərbi yardımı dayandırmalıdır. 

News24.az xəbər verir ki, bu barədə Saksoniya federal əyalətinin baş naziri Mixael Kretşmer Almaniyanın RND media qrupu ilə söhbətində bildirib.

“Biz artıq Ukraynaya silah üçün vəsait ayıra bilmərik ki, bu silahlar tükənsin və heç bir fayda gətirməsin”, - o vurğulayıb.

Alman siyasətçi xatırladıb ki, münaqişənin əvvəlindən o, Ukrayna Silahlı Qüvvələrinə silah verilməsinin əleyhinə “açıq-aydın danışıb” və münaqişənin həlli üçün diplomatik təşəbbüsləri müdafiə edib.

Kretşmerin sözlərinə görə, Almaniya Ukrayna Silahlı Qüvvələrinə yardım ayırmaq baxımından artıq “imkanlarının həddinə” çatıb.

Məryəm İlhamqızı