Türkiyə səfiri Çanaqqala şəhidləri ilə bağlı paylaşım edib
    • 18-03-2024, 13:53
    • 124

Türkiyə səfiri Çanaqqala şəhidləri ilə bağlı paylaşım edib

“Qardaş Azərbaycanın hər qəsəbəsində və kəndində bir şəhid qəbri başında, eyni zamanda məhəllənin birində bir şəhidin əziz xatirəsinə ucaldılan bir abidə başında, Azərbaycan və Türkiyə bayraqları yan-yana dalğalanır.

News24.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı sosial mediada paylaşım edib.

“1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Bakıda vətən üçün çiyinə-çiyinə savaşıb şəhid olan və yan-yana dəfn edilən şəhidlərimizin qardaşlığının əbədi müddət yaşaması üçün ehtiramla yad edirik”, - o deyib.