Keçiləri oğurlandı, insanlardan küsdü - VİDEO
    • 18-03-2024, 14:17
    • 210

Keçiləri oğurlandı, insanlardan küsdü - VİDEO

Antalyanın Kəmər rayonunda 17 il əvvəl 150 baş keçisi oğurlandıqdan sonra insanlara küsən, dağda yaşamağa başlayan Mehmet Çabuk (80) ağacdan tikdiyi tövlədə yaşayıb, heyvanları ilə vaxt keçirir.

News24.az xəbər verir ki, Çabuk, "Mən darıxmıram, öyrəşmişəm. Keçilərim olmasaydı, burada bir saat qala bilməzdim" deyib.

2007-ci ildə bir gecədə 150-yə yaxın keçisi oğurlandıqdan sonra insanlardan inciyən Çabuk 17 ildir həftədə iki dəfə yemək alış-verişi istisna olmaqla, yaşadığı ərazini tərk etmir.

Teymur Məmmədov