Əvəz Qocayev  təltif edildi
    • 18-03-2024, 17:14
    • 249

Əvəz Qocayev təltif edildi

Xəbər verdiyimiz kimi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədr müavini Əvəz Qocayev fəaliyyətinə görə təltif edilib.

News24.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Əvəz Qocayevə 3-cü dərəcəli "Əmək” ordeni verilib.

Əvəz Qocayev bundan əvvəl 2018-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar mühəndis” fəxri adına layiq görülüb.

Bu münasibətlə News24.azRTV kollektivi adından xalqımızın dəyərli övladı Əvəz bəyi təbrik edir, çətin, məsuliyyətli və şərəfli işinizdə uğurlar arzulayırıq.