Jurnalistin anası SƏHLƏNKARLIĞIN QURBANI OLDU
    • 18-03-2024, 17:22
    • 427

Jurnalistin anası SƏHLƏNKARLIĞIN QURBANI OLDU

Almaniyada yaşayan tanınmış jurnalist Fərahim İlqaroğlunun anası həkim səhlənkarlığının qurbanı olub. 

News24.az xəbər verir ki, bu barədə jurnalist özünün "Facebook" hesabında yazıb. 

O bildirib ki, "Stimul Hospital" klinikasına müraciət edən anasına sistem köçürülüb. Bundan sonra isə vəziyyəti ağırlaşdığı üçün o, vəfat edib. 

Jurnalist yazıb ki, anası vəfat etdikdən sonra məsuliyyəti üzərindən atmaq istəyən həkim İlham Hüseyn onun meyitini reanimasiya şöbəsinə yerləşdirib, bununla da pasiyentə tibbi müdaxilə olunduğu görüntüsünü yaratmaq istəyib. 

F. İlqaroğlu bu hadisədə həmçinin xəstəxananın tibb bacısı Mələk Abbasovanı ittiham edib. O, söyləyib ki, tibb bacısı pasiyentin bu və ya digər preparata reaksiyasını yoxlamadan onu tətbiq edib.

Fərid Azəri