"Bu Türkiyə-Rusiya münasibətləri üçün çox önəmlidir"
    • 18-03-2024, 20:30
    • 128

"Bu Türkiyə-Rusiya münasibətləri üçün çox önəmlidir"

Rusiya Federasiyasının İstanbuldakı Baş Konsulluğu Krımın ilhaqının 10-cu ildönümü ilə bağlı mətbuat konfransı keçirib.

News24.az xəbər verir ki, iclasın açılışında Rusiyada keçirilən seçkiləri dəyərləndirən Rusiyanın İstanbuldakı baş konsulu Andrey Buravov səsvermədə iştirakın yüksək olduğunu və əhalinin 74 faizindən çoxunun səs verdiyini bildirib.

Buravov bu cür dəyərləndirmə edib: “Nəticələrə nəzər saldıqda indiki prezidentimiz Vladimir Putin səslərin 87 faizindən çoxunu qazanıb. Rusiya-Türkiyə münasibətləri nöqteyi-nəzərindən bu nəticənin çox vacib olduğunu düşünürük, çünki iki ölkə liderləri arasında qurulan səmimi dialoq çox vacibdir və ikitərəfli münasibətlərimizin inkişafına böyük töhfə verir”.

Buravov daha sonra Krımın Rusiya ərazisinə birləşdirilməsinin tarixi haqqında məlumat verib və gündəmlə bağlı mətbuat mənsublarının suallarını cavablandırıb.

Günel Məlikzadə