Paşinyan: "Razılığa gəlinməsə, həftə sonunda müharibə başlaya bilər"
    • 19-03-2024, 10:51
    • 294

Paşinyan: "Razılığa gəlinməsə, həftə sonunda müharibə başlaya bilər"

Ermənistanın baş naziri deyib ki, silahlı münaqişədən sonra yerli sakinlər ondan hərbi əməliyyatlar təhlükəsindən xəbərdar olub, niyə əvvəlcədən xəbərdarlıq etmədiyimizi soruşacaqlar.

News24.az xəbər veir ki, bunu Caliber.az TASS-a istinadən yayıb.

Nikol Paşinyan Tavuş vilayətinin sərhəd kəndlərinin sakinləri ilə görüşündə bildirib ki, İrəvan sovet dövründən qalan sərhəd kəndləri məsələsində Bakı ilə razılığa gəlməsə, həftə sonunda müharibə başlaya bilər. Onun sakinlərlə danışığının videoyazısını dövlət mətbuat xidməti yayıb.

"Biz indi buradan gedə bilərik. Biz bu məsələ ilə bağlı Azərbaycana heç nə etməyəcəyimizi deyə bilərik. Bu isə müharibənin həftə sonu başlayacağı anlamına gəlir", - o deyib.

“Mən bu müharibənin sonunda nə olacağını bilirəm”, - deyə Paşinyan əlavə edib və izah edib ki, silahlı münaqişədən sonra yerli sakinlər ondan hərbi əməliyyatlar təhlükəsini bildiyi halda onları əvvəlcədən niyə xəbərdar etmədiyini soruşacaqlar.

Günel Məlikzadə