Zaxarovadan Paşinyanın bəyanatına cavab - Bizimlə əlaqəsi yoxdur!
    • 19-03-2024, 11:44
    • 110

Zaxarovadan Paşinyanın bəyanatına cavab - Bizimlə əlaqəsi yoxdur!

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvan və Bakının Tavuş bölgəsində sərhədləri dəqiqləşdirməsələr, yeni müharibə başlaya biləcəyi ilə bağlı bəyanatına cavab verib.

News24.az xəbər verir ki, bu barədə o Telegram kanalında məlumat yayıb.

“Bu bəyanatın Rusiya ilə heç bir əlaqəsi yoxdur. Bu, İrəvandakı mövcud hakimiyyətin müstəsna səlahiyyəti və onların qərblilərlə məsləhətləşmələrinin nəticəsidir”, - deyə Zaxarova vurğulayıb.

Xatırladaq ki, Bundan əvvəl Paşinyan bildirib ki, İrəvan və Azərbaycan Tavuş bölgəsində sərhədləri dəqiqləşdirməlidir, əks halda yeni münaqişə başlaya bilər.

Mehriban Mirzəzadə