Türkiyə ordusu PKK-nın rəhbər şəxslərindən birini məhv etdi
    • 19-03-2024, 16:00
    • 128

Türkiyə ordusu PKK-nın rəhbər şəxslərindən birini məhv etdi

İraqın Süleymaniyyə şəhərində terror təşkilatı PKK/KCK-nın sözdə liderlərindən biri - Rojda Bilen zərərsizləşdirilib.

News24.az xəbər verir ki, bu barədə “TRT HABER” məlumat yayıb.

Bilenin İraq Süleymaniya bölgəsində İran sərhədindəki Pencevin bölgəsində fəaliyyət göstərdiyi müəyyən edilib.

Bildirilir ki, Bilənin yeri müəyyən edildikdən sonra əməliyyat düyməsi basılıb. Əməliyyat qərarı verildikdən qısa müddət sonra Rojda Bilen İraq/Süleymaniya bölgəsində nöqtə əməliyyatı ilə zərərsizləşdirilib.

Qeyd edək ki, Bilenin terror təşkilatına gəncləri təşviq etdiyi, onları ideoloji təbliğatla manipulyasiya etdiyi və Türkiyədə fəaliyyət göstərən gənclər təşkilatının üzvlərinə hərəkət üçün göstərişlər çatdırdığı müəyyən edilib.

Mehriban Mirzəzadə