"Putin Rusiyanın qanuni prezidenti deyil"
    • 19-03-2024, 20:00
    • 187

"Putin Rusiyanın qanuni prezidenti deyil"

Həbsxanada dünyasını dəyişən rusiyalı müxalifət lideri Aleksey Navalninin həyat yoldaşı Yuliya Navalnaya seçkilərlə bağlı açıqlama verib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Navalnaya Rusiyada Vladimir Putinin rekord 87,28 səslə qalib gəldiyi prezident seçkilərini tənqid edib.

"Rusiyada keçirilən seçkilərin heç bir mənası yoxdur" deyən Navalnaya əlavə edib:

"Putinə qarşı günorta edilən etirazı ilə biz dünyaya onun bizim prezidentimiz olmadığını göstərdik. Putin Rusiyanın qanuni prezidenti deyil".

Günel Məlikzadə