Azərbaycan millisinin Türkiyə ilə səfər oyununun yeri müəyyənləşib
    • 20-03-2024, 16:31
    • 177

Azərbaycan millisinin Türkiyə ilə səfər oyununun yeri müəyyənləşib


Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Türkiyə ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.

News24.az xəbər verir ki, komandalar qrupun IV turu çərçivəsində iyunun 4-də Erzincanda üz-üzə gələcəklər.

Qarşılaşma 13000 tamaşaçı tutumuna malik “13 Şubat” stadionunda reallaşacaq.

Millimizin oyunlarının təqvimi belədir:

5 aprel: Macarıstan – Azərbaycan

9 aprel: Azərbaycan – İsveçrə

31 may: Azərbaycan – Türkiyə

4 iyun: Türkiyə – Azərbaycan

12 iyul: Azərbaycan – Macarıstan

16 iyul: İsveçrə – Azərbaycan