Türkiyə və Ermənistanın xüsusi nümayəndələri görüşəcək
    • 20-03-2024, 23:29
    • 205

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri görüşəcək


Türkiyə və Ermənistanın xüsusi nümayəndələri arasında iclasın keçirilməsi ilə bağlı qərar var, lakin görüşün tarixi və yeri hələ müəyyən edilməyib, onları işçi qaydada razılaşdırmaq lazımdır.

News24.az Unikal-a istinadla xəbər verir ki, bunu Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan “Factor.am”a açıqlamasında deyib

Xatırladaq ki, Antalyada keçirilən forumda Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç növbəti görüşün İrəvanda keçirilməsini təklif etmişdi.