Bakıda hamam yandı, xəsarət alan var
    • 21-03-2024, 21:51
    • 321

Bakıda hamam yandı, xəsarət alan var



Bakıda hamam yanıb, bir nəfər tüstüdən zəhərlənib.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Belə ki, Suraxanı rayonunda ümumi sahəsi 600 m² olan hamamın soyunub-geyinmə və sauna otağının yanar konstruksiyaları 70 m² sahədə yanıb.

Hamamın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.