Bakıda yanğın olub, zərərçəkən var
    • 11-12-2023, 09:19
    • 126

Bakıda yanğın olub, zərərçəkən var

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları 30 m² sahədə və dam örtüyünün taxta atmaları yanıb.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.