-
- 19-02-2024, 18:18
- 211
“Superkubok ləğv olundu” iddiasına CAVAB
Türkiyə Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi bəzi KİV-lərdə yayılan və sosial media hesablarında paylaşılan “Superkubok ləğv olundu” iddialarının həqiqətə uyğun olmadığını açıqlayıb.
News24.az xəbər verir ki, Rəyasət Heyətinin Ünsiyyət Müdirliyinə bağlı Dezinformasiya ilə Mübarizə Mərkəzi, Qalatasaray və Fənərbaxça arasında oynanılacaq Super Kubok Finalının hər iki komandanın liqa və Avropa matçları səbəbiylə fikstür sıxlığının qarşısını almaq üçün aprel ayında keçirilməsinin planlaşdırıldığını açıqlayıb.
Mövzu ilə bağlı edilən açıqlamada belə qeyd edilib:
“29 dekabr 2023-cü ildə keçirilməsi planlaşdırılan Super Kubok Finalı matç günü Fənərbaxça, Qalatasaray və Türkiyə Futbol Federasiyasının birgə qərarı ilə daha sonrakı tarixə təxirə salınıb. Superkubok finalı hər iki komandanın liqa və Avropa oyunları ilə əlaqədar təxirə salınıb. Rəsmi açıqlamalardan başqa əsassız iddialara etibar etməyin".
Günel Məlikzadə