Millinin qol vurmadığı gün
    • 25-03-2024, 19:14
    • 180

Millinin qol vurmadığı gün

Azərbaycan millisi tarixində 3-cü dəfə martın 25-də meydana çıxacaq.

News24.az İdman.biz-ə istinadən xəbər verir ki, yığmamız bu gün Bolqarıstanla görüşəcək.

İndiyə qədər komandamız iki dəfə bu tarixdə oyun keçirib. Yığmamız martın 25-də qol vura bilməyib.

Beş il əvvəl Bakıda Litva ilə qolsuz heç-heçə qeydə alınıb. 2022-ci ildə isə Malta millisinin bir qolu yığmamızın məğlubiyyətini rəsmiləşdirib. Hər iki qarşılaşma yoldaşlıq oyunları çərçivəsində baş tutub.