Crocus City Hall terrorundan dəqiqələr öncə çəkilən bu VİDEO müzakirələrə səbəb oldu - ŞOK DETALLAR
    • 25-03-2024, 21:35
    • 159

Crocus City Hall terrorundan dəqiqələr öncə çəkilən bu VİDEO müzakirələrə səbəb oldu - ŞOK DETALLAR

"Krokus Siti Hol"da terror aktı baş verərkən çəkilmiş bu video bəzi iddialara səbəb olub.

News24.az Yenisabah.az-a istinadən xəbər verir ki, sözügedən hadisəni FSB-nin öz işi olduğunu deyənlər iddia edir ki, bu videoda görünən bəzi adamlar Rusiya xüsusi xidmət orqanlarını təmsil edir.

Onların hamısı "təsadüfən" eyni cür geyiniblər: Göy cins şalvar və tünd göy uzunqol köynək.

Maraqlıdır ki, insanlar salonu tərk etməyə hazırlaşarkən, həmin bu "göypaltarlılar" çox soyuqqanlı görünür. Biri yerindən tərpənmir, digəri (17-18-ci saniyədə) bir nəfəri geriyə doğru, yerinə itələyir.

Onlardan birinin ilk atəşdən bir neçə saniyə əvvəl "qapıları bağlayın" deyə göstəriş verməsi də diqqət çəkib. Amma ola bilsin ki, təhlükə yuxarı qapılardan da gələ bilər deyə belə çağırış edib. Hər halda, olduqca müəmmalıdır.

Videonun bu cür detallı yozumu müxtəlif əcnəbi kanallarda paylaşılıb./ Musavat.com

Həmin videogörüntüləri təqdim edirik: