Məşhur müğənni çilədən çıxdı:
    • 26-03-2024, 11:43
    • 321

Məşhur müğənni çilədən çıxdı: "Pis qəlbli olmağınız..."

Türkiyəli məşhur müğənni Melek Mosso toy fotolarına yazılan mənfi şərhlərə "Pis qəlbli olmağınız ürəyimi bulandırır" deyərək reaksiya verib.

News24.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb.

Qeyd edək ki, ötən il Serkan Sağdıçla ailə quran müğənni Melek Mossonun toy fotoları yenidən sosial mediada gündəm olub.

Mossonun toy fotoları sosial media hesabında " Melek Mosso və Serkan Sağdıçın toyundan kadrlar... Gəlin seçimlərini necə dəyərləndirirsiz?" ” qeydi ilə paylaşılıb.

Fotoya yüzlərlə şərh gəlsə də , Mosso sosial media hesabında paylaşdığı yazı ilə mənfi şərhlərə reaksiya verib. Mossonun yazısında aşağıdakı ifadələr yer alıb:

“Şərhləri oxuduqca insanların pis qəlbli olmağı ürəyimi bulandırdı. Onların əksəriyyəti qadınlardır! Sonra gördüm ki, səhifədəki bütün məşhur cütlüklərin fotolarına oxşar şeylər yazıblar. Allah bütün qəlbinizin gözəlliyini sizə nəsib etsin. Amma məncə, belə davam etsəniz çətin...”

Mehriban Mirzəzadə