Uolz Harrisə 36 milyon qazandırdı
    • Bu gün, 15:22
    • 86

Uolz Harrisə 36 milyon qazandırdı

ABŞ Demokratik Partiyasının seçki kampaniyası Harrisin Valzı vitse-prezident elan etməsindən sonra 24 saat ərzində partiyanın ianə saytına 36 milyon dollar ianə edildiyini bildirib.

News24.az xəbər verir ki, kampaniya rəsmiləri bir gündə belə yüksək ianə toplamasını Demokratik seçicilərin Valzın vitse-prezident seçilməsi üçün "entuziazmının əksi" kimi şərh ediblər.

ABŞ mediası da böyük məbləğdə ianələri Uolzun işçi sinfi seçicilərinin dəstəyini qazanmaq üçün "kənd səslərinə müraciət etməsi gözlənilən məşhur qubernator" olması ilə əlaqələndirib.

Xatırladaq ki, Harrisin namizədliyini irəli sürdüyü ilk 24 saat ərzində onun kampaniyası üçün 81 milyon dollar ianə toplanıb və bunun bir prezidentliyə namizədin bir gündə topladığı ianə məbləği nəzərə alındıqda rekord olduğu bildirilib.

Demokrat Partiyasının seçki kampaniyası ilə bağlı verdiyi açıqlamada təkcə iyul ayında edilən ianələrin ümumi məbləğinin 310 milyon dollara çatdığı da vurğulanıb.

Günel Məlikzadə