Bir ailə məhv oldu: Yanğın fəlakəti
    • 26-03-2024, 14:48
    • 199

Bir ailə məhv oldu: Yanğın fəlakəti

“Bild” qəzetində yer alan məlumata görə, Almaniyanın Şimali Reyn-Vestfaliya (NRW) əyalətinin Solingen şəhərində köhnə tikilinin birinci mərtəbəsində başlayan yanğın qısa zamanda taxta tavanlara və pilləkənlərə keçib.

News24.az xəbər verir ki, yanğının təsirindən binanın şüşələri sınıb və gecə yarısı güclü partlayış səsi eşidilib. Gecə saat 02.50 radələrində eyni vaxtda birdən çox şəxs yanğınsöndürənlərə xəbər verib. Yerli mətbuatın məlumatına görə, yanğınsöndürənlər 6 dəqiqə ərzində hadisə yerinə gəlib. 120-yə yaxın qrup yanğına müdaxilə edib.

Xilasetmə qruplarının təxminən 6 saatlıq müdaxiləsindən sonra yanğın nəzarət altına alındı. Qruplar külə dönən binanın dağıntıları arasında iki böyük və bir uşağın cəsədi tapıblar. Axtarış-xilasetmə itləri ilə binada axtarış aparan qruplar günorta saatlarında çardaqda daha bir kiçik körpə tapıldığını açıqlayıb.

Yanğında 9-u ağır olmaqla 21 nəfərin yaralandığı, yaralıların ətraf xəstəxanalara aparılaraq müalicə altına alındığı öyrənilib.

Hadisə şahidləri bildiriblər ki, aralarında uşaqların da olduğu çox sayda insan alovdan xilas olmaq üçün yuxarı mərtəbələrdəki pəncərələrdən küçəyə atılıb.

Yanğınsöndürənlərin müdaxiləsinə baxmayaraq bir nəfərin pəncərədən atılaraq avtomobilin üzərinə yıxılaraq yaralandığı öyrənilib.

Prokurorluğun hadisəni öz üzərinə götürdüyü və araşdırmalara başladığı bildirilsə də, yanğının necə və hansı səbəbdən baş verməsi ilə bağlı hələlik açıqlama verilməyib.

Günel Məlikzadə