Qocalar evində DƏHŞƏT: ÖLƏNLƏR VAR
    • 5-03-2024, 16:25
    • 209

Qocalar evində DƏHŞƏT: ÖLƏNLƏR VAR

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Bedburq-Hau qəsəbəsindəki qocalar evində baş verən yanğın hadisəsi baş verib. 

News24.az xəbər verir ki, bu barədə “HABER GLOBAL” məlumat yayıb.

Məlumata görə, 13 min əhalisi olan Bedburq-Hau qəsəbəsindəki qocalar evində gece saatlarında yanğın baş verib. Qocalar evindən 46 nəfər qruplar tərəfindən təxliyə edilib. İlkin məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb, 23 nəfər yaralanıb.

Hadisə yerinə gələn  yanğınsöndürənlərdən biri xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Yanğın lokallaşdırılıb.  Hadisənin baş vermə səbəbləri ilə bağlı araşdırmalar davam edir.

Mehriban Mirzəzadə