Biləsuvarda qəzada xəsarət alanlar - SİYAHI
    • 3-09-2023, 18:13
    • 167

Biləsuvarda qəzada xəsarət alanlar - SİYAHI

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bəydili kəndi ərazisində qeydə alınıb.

"VAZ 2106” və “Priora” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində beş nəfər - 1984-cü il təvəllüdlü Dəyanət Quliyev, 1990-cı il təvəllüdlü Qaya Məmmədov, 1986-cı il təvəllüdlü Elməddin Rufullayev, 1991-ci il təvəllüdlü Anar Qurbanov və 1984-cü il təvəllüdlü Rəşad Feyzullayev xəsarət alıb. 

Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.